|

Şəmkir rayon Mərkəzi Kitabxanasının əsası 1932-ci ildə rayon ziyalıları
Mirhəbib Seyidov, Məhərrəm Əliyev və Məmməd Həsənov tərəfindən şəxsi
vəsaitləri hesabına təşkil olunmuşdur. Bu ziyalılar kitabxananı
iki il ictimai əsaslarla idarə etmişlər.1934-cü ildə kitabxanaya
yeni bina və iki nəfər ştat vahidi verilmişdir. Həmin vaxtdan kitabxana
rayon Mərkəzi Kitabxanası kimi fəaliyyət göstərir. 1980–ci ildən
Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyət göstərir. Şəmkir
rayon MKS-nin 1 Mərkəzi kitabxanası, 95 kitabxana filialı var.
Şəmkir rayon MKS-nin 6 şöbəsi var:
-Abonement
-Oxu zalı
-Metodika və biblioqrafiya şöbəsi
-Komplektləşdirmə və kitabişləmə şöbəsi
-Vahid kitabxana fondunun təşkili, istifadəsi və kitabxanalararası
abonoment şöbəsi
-Uşaq şöbəsi
MKS-nin kitab fondu -528298
Azərb dilində 484230
Latın qrafikası ilə 87619
Kiril qrafikası 396611
Rus dilində 44068
Abonement şöbəsi
Bu şöbə rayon ərazisində yaşayan bütün oxucu qruplarına xidmət göstərir.
Oxucuların kitab fondunda daha geniş istifadəsi üçün kataloq sistemi
yaradılmışdır. Şöbədə əlamətdar və tarixi günlərə dair sərgilər
tərtib edilir və müxtəlif mövzulu kütləvi tədbirlər keçirilir.
Kitab fondu -12169
Azərb dilində-9440
Latın qrafikası ilə-4171
Kiril qrafikası ilə-5269
Rus dilində-2729
Oxu zalı
- 30 nəfərlik yerdən ibarətdir. Burada 5 illik dövrü mətbuat və
köməkçi kitab fondu oxuculara xidmət edir. Oxu zalından bütün oxucu
qrupları istifadə edir.
Mərkəzi kitabxananın kütləvi tədbirləri bu şöbədə keçirilir.
Kitab fondu-3319
Azərb dilində-1694
Latın qrafikası iıə-917
Kiril qrafikası ilə-777
Rus dilində-1625
Metodika və bibloqrafiya şöbəsi
Şöbə MKS-nin bütün filial kitabxanalarına metodiki rəhbərlik edir.Filial
kitabxanalarının işini təhlil edir,qabaqcıl iş təcrübəsini öyrənir
və kitabxanalarda
tətbiq edir. Metodiki məktublar hazırlayıb kitabxanalara göndərir.Ayda
1 dəfə kitabxana işcilərinin semnar-müşavirələrini təşkil edir.
Komplektləşdirmə və kitabişləmə şöbəsi.
Şöbə MKS-ə yeni daxil olan bütün kitabların qeydini aparır ,onların
kitabxana qaydası ilə işlənməsini və filial kitabxanalara göndərilməsini
təmin edir.Eyni zamanda həmin kitabların kataloq kartoçkalarını
hazırlayb filiallara göndərir.Şöbədə sistemin baş əlifba sistemli
kataloqu hazırlanır. MKS –nin fondundan çıxarılan ədəbiyyatın sistemli
kataloqdan silinməsi işi ilə məşğul olur.Şöbə filial kitabxanaların
dövrü mətbuata abunə yazılmasını təmin edir.
Vahid kitabxana fondunun təşkili, istifadəsi və kitabxanalararası
abonoment şöbəsi
Bu şöbə MKS-nin şöbə və filiallarının kitab fondlarının təşkil olunmasını
və mühavizəsini təşkil edir.Şöbə kitabxanaların fondlarında artıq
nüsxələrin və yararsız kitabların təmizlənməsi,fondda olmayan kitabların
başqa kitabxanalarda axtarışını və alınıb oxucuya çatdırılmasını
təmin edir.
Kitab fondu -4574
Azərb.dilində-4473
Latın qrafikası ilə-2825
Kiril qrafikası ilə-1648
Rus dilində-78
Xarici ədəbiyyat-23
Uşaq şöbəsi
Bu şöbə rayonun bütün məktəbəqədər və məktəbyaşlı
uşaqlarına xidmət göstərir.
Şöbə rayon mərkəzində yerləşən uşaq baxçaları və ümumtəhsil məktəbləri
ilə birgə
kütləvi tədbirlərin hazırlanmasını və kecirilməsini təmin edir.
Belə tədbirlər uşaqların dünya görüşünü formalaşdırır ,onlarda vətənə,xalqa,torpağa
məhəbbət hissi oyadır.
Bu şöbədə oxucular yaş xüsusiyyətlərinə görə qruplaşdırılır.Məktəbəqədər
yaşlılar,I-IV siniflər V-VIII siniflər IX-XI siniflər.
|